Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən "Ictimai WiFi-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısında "Baktelekom-u seçməlidirlər.

İstifadəçi açılan "Phone number xanasına öz mobil telefon nömrəsini yazır və "Get password düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni "Password xanasına daxil edərək Log In düyməsini aktivləşdirir. Bununla da cihaz "İctimai Wi-Fia qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.