"Jeep avtomobil şirkəti Rusiyada 1100-dən çox "Grand Cherokee və "Liberty modelli avtomobili geri çağırıb.

Unikal.org-un məlumatına görə, geri çağırma təhlükəsizlik sisteminin idarəetmə blokundakı mümkün qüsurlarla bağlıdır.

Məlumatda qeyd olunur ki, bu avtomobillər 2003-2005-ci illər arasında istehsal olunub.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.