Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Şabranda bu gün axşam saatlarında baş verən yanğın hadisələri ilə əlaqədar məlumat yayıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m2 və dam örtüyü 80 m2 sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.