İnsan cəhənnəm atəşinin qurtulmaq məharətini öyrənə bilər. Dinimizin bununla bağlı tövsiyələrinə nəzər salaq.

1. Təqva məharəti. Unikal.org bildirir ki, Allah Quranda bizlərə bir çox tövsiyələr verir ki, onların sayəsində cəhənnəm atəşinin üzərindən tullanıb, təhlükəsizlikdə qalmaq olar. Bu ayələrdən birində deyilir: "Sizdən (insanlardan) cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq". ("Məryəm" 71-72).
2. İtaətkarlıq məharəti. "Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək, deyəcək: "Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım"". ("Furqan" 27).
3. Təfəkkür etmək məharəti. "Və deyərlər: "Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq"". ("Mulk" 10).
4. İbadət və bəndəlik məharəti. "Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?". Deyərlər: "Biz namaz qılanlardan deyildik". ("Muddəssir" 41-43).
5. Günahı tərk etmək məharəti. "Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) "Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?"". ("Nəml" 90).