Azərbaycan Dillər Universitetinin professoru Dünyamin Yunusov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, O, 2016-ilin dekabr ayına qədər universitetdə rektor əvəzi olaraq çalışıb. Bundan əvvəl isə Dillər Universitetinin elmi işlər üzrə prorektoru olub. 

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olub. 

Qeyd edək ki, bir müddət əvvəl D.Yunusovun evinə oğrular hücum edərək xanımına xəsarət yetirmiş və evindən qızıl zinyət əşyaları aparmışdılar. 

Elvin Rüstəmov