Nazirlər Kabinetinin (NK) 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydalarında dəyişiklik edib.

NK-dan Unikal.org-a verilən məlumata görə, "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydalarının Fondun vəsaitlərinin istifadə edilməsilə bağlı bölməsinə yeni əlavə edilib.

Əlavəyə görə, vəzifəli şəxslər Fondun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.