Azərbaycan Pespublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatı ilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Unikal.org bildirir ki, müsabiqənin məqsədi qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin (texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya və patent) rolunun ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir.

Yazı müsabiqəsi "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunu əhatə edir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.