Bakının Nərimanov rayonu ərazisində yerləşən "Şərq Bazarı söküləcək.

Unikal.org xəbər verir ki, bu haqda məlumatı müsavat.com yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb: "Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də "Şərq bazarı böyük ehtimal, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək.

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.