“Müxalifət Avropanın ümidini doğrultmadı”
14:39 10-07-2012
CƏMİYYƏT
“Müxalifət Avropanın ümidini doğrultmadı”
“Onlara heç kəs inanmır”
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompeyin Azərbaycana səfəri zamanı müxalifətlə görüşməməsinə maraqlı reaksiya verib:-“Bilirsiniz, burada mən qəribə bir məntiq görürəm.
Sadəcə olaraq mən müxalifətin məhz dağıdıcı qanadının artıq bununla bağlı qıcıqlandığını görürəm. Xarici ölkələrin yüksək nümayəndələrinin Azərbaycana səfəri zamanı, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompeyun səfərini nəzərdə tuturuqsa, onun öz səfər proqramı olur. Düzdür, o proqram bizə bildirilir, amma özü nəzərdə tutmaq istəsə ki, hansısa görüş keçirəcək, bu halda ona heç bir maneçilik törədilmir və törədilə bilməz. Bu bir etiketdir. O, təxminən bir saatdan artıq Azərbaycan Xarici Dillər universitetində məruzə ilə çıxış etdi. Buna kim nə deyə bilərdi?
Bilirsiniz, burada başqa məsələ var. Mən bununla bağlı təxminən bir ay əvvəl bir müsahibəmdə qeyd etdim. Bu həmin o müxalifət dairələrini, onlara yaxın olan bəzi adamlarıçox qıcıqlandırdı. Başladılar bir sıra boş-boşşeylər danışmağa. Danışıb-danışıb susdular.
Məsələ buradadır ki, son bir neçə ildə Azərbaycanın əldə etdiyi nailiyyətləri adi hesab etmək olmaz. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Özü də o qədər böyük proses və mübarizədən sonra. Ötən il “Eurovision-2012” musiqi yarışmasında Avropa səviyyəsində qələbə çaldıq, bu da bir təsadüfi qələbə deyil. Beş dəfə biz bu müsabiqədə iştirak etmişik və müxtəlif yerləri tutmuşuq. Yəni, bunların hamısının çox böyük əhəmiyyəti var. Eyni zamanda bir neçə gün bundan öncə Türkiyə ilə Azərbaycan arasında Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi ilə bağlı sənəd imzalandı. Bilirsiniz bununla bağlı çox geniş danışmaq olar. Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Tibilisi- Qars kimi layihələr həm region, həm də Avrasiya üçün çox böyük strateji əhəmiyyəti olan layihədir. Bunların hamısını görüb, müşahidə edirlər. Bakı-Tibilisi-Ceyhan layihəsini həyata keçməsi üçün dünya birliyi fəaliyyət göstərdi, Qərbin böyük dəstəyi oldu. Amma TANAP ilə bağlı bunu demək olmaz. Yükün ən böyük hissəsini, təxminən 80 faizə qədərini bütün müstəvilərdə üzərinə götürən Azərbaycan oldu. Bu eyni zamanda siyasi, iqtisadi bir göstəricidir. Artıq iki qardaş və tərəfdaş dövlət belə bir addım atıb, onu həyata keçirmək üçün qərar qəbul edib sənəd imzaladılar. Bu dünyada artıq güclü nüfuz deməkdir. Ona görə də bunları görürlər.
Bununla da bərabər Azərbaycanda gedən bu möhtəşəm inkişafın şahidi olurlar. Bunu danmaq mümkün deyil. Hazırda təkcə Bakıda deyil, Azərbaycanın bütün regionlarında inkişaf var. Bunların hamısının çox böyük əhəmiyyəti var. Eyni zamanda iqtisadi, siyasi, mədəni, qanunvericilik və digər sahələrdə həyata keçirilən islahatların və inkişafın şahidi olandan sonra Qərbdəki aparıcı dairələr görürlər ki, bu ölkənin inkişafında iqtidarın tutduğu yol düzdür. Sivil və demokratik cəmiyyət qurmaq üçün aparılan yol düzdür.
Müəyyən nöqsanlar hansı ölkədə yoxdur ki? Bu gün Qərb böhran içərisindədir. Orada ən fundamental hüquqlar belə pozulur. Amma Azərbaycanda bütün bu prosesləri görərkən fikirləşirlər ki, elə bugünkü inkişafa yardımçı olan qüvvələrlə əlaqə saxlamaq daha yaxşı olar. Və yaxud bu prosesə zərər verən, ona heç bir xeyr gətirə bilməyən, buna heç bir vaxt yardımçı ola bilməyən qüvvələrlə görüşməyin heç bir mənası yoxdur. Mənim fikrimcə, Qərb dairələri bu mənada indiki dağıdıcı müxalifətə olan inamlarını tamam itiriblər. Bu da təbiidir və düzgündür. Çünki, onlar uzun illər ərzində müşahidə aparıb gördülər ki, ümumiyyətlə, heç bir vaxt dağıdıcı müxalifət Azərbaycana müsbət, pozitiv prosesləri təmin etmək üçün yarıya bilməz. Buna görə də, sərbəst qərarlar çıxarırlar. Bu təkcə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy səfəri zamanı olmayıb. Bundan öncəki səfərlərdə də dağıdıcı müxalifət nümayəndələrinin bəziləri böyük səs-küy qaldırdılar.
Onlar vətəndaş cəmiyyəti tərəfdarı olanlara görüşürlər. Bəlkə onların bu prosesə hər hansı bir yardımları ola bildi. Vətəndaş cəmiyyətini isə bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda qurur”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05