Türkiyədə daha bir terror aktı qeydə alınıb.
Unikal.org AzNews.az-a istinadən Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tunceli Valiliyi və Ədliyyə Nazirliyi binaları önündə polisə hücum edilib. Terrorçu valilik və nazirliyinin həyətindəki növbətçi məntəqəsinə uzun lüləli silahdan atəş açıb və əl bombası atıb. Xoşbəxtlikdən onun atdığı bomba partlamayıb.
Təhlükəsizlik əməkdaşları hücuma dərhal cavab verib. Baş verən atışma nəticəsində terrorçu məhv edilib. Hadisədən sonra valiliyin ətrafı bağlanılıb, həyət boşaldılıb.