"Bu qadının necə də xəyanətkar, mənəviyyatsız insan olduğunu anladım. Onunla evlənəndə kim olduğunu əslində azacıq bilirdim. Yatağında yüzlərlə kişi olub, bilirdim. Amma fikir vermədim, çünki onu sevirdim. Şərtim də bu idi ki, əgər hansısa kişi ilə cinsi əlaqədə olursa, bunu bilməliyəm. Lakin o, mənə yalan danışdı".
Məşhur idmançı, tanınmış restler Din Pauell məhkəmədə belə deyib. O, arvadını və qaynatasını bıçaqlayaraq öldürmək cəhdində suçlanıb.
İstintaq materiallarına görə, 36 yaşlı Din Pauell ötən ilin noyabrında oteldə arvadı Mişel Torna hücum çəkib, onu 32 sm uzunluqda tiyəsi olan bıçaqla vurmağa çalışıb. Daha sonra Din qaynatasını öldürmək istəyib.
Bristol Kral Məhkəməsinin qərarı ilə Din Pauell 29 ay müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, Din Pauell artıq sabiq arvadı ilə yalnız vəkillər və ya sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilər.
Din Pauell və Mişel Torn 2010-cu ildə evlənmişdilər. Mişel Torn Britaniyanın ən məşhur pornoaktrisalarından biridir və indiyədək yüzlərlə pornoqrafik filmə çəkilib.
Lakin bu, Din Pauelli fikrindən döndərməmişdi. O, toydan əvvəl reportyorlara deyib: "Arvadım indiyədək yüzlərlə, bəlkə də minlərlə kişi ilə yataqda olub. Olsun, barışıram. Bu, Mişelin işidir. Əsas odur ki, Mişel məni sevir. Arvadım yenə filmlərə çəkilmək istəsə, mane olmayacağam. Bir şərtlə ki, bundan xəbərim olsun".
Ötən il dekabrın 29-da Mişel Torn Bristol şəhərindəki otellərdən birində olarkən Din Pauell ona hücum çəkib.
Həmin axşam Cənubi Qlos bölgəsindəki Manqotsfild şəhərindəki evində olduğunu deyən Din Pauell naməlum şəxsin ona zəng edərək "Arvadın üç kişi ilə oteldə əylənir" deməsindən sonra həmin otelə yollanıb: "Oteldə arvadımı axtardım, qaldığı nömrəni tapdım. Qapını açanda orada Mişelin üç kişi ilə yataqda, lüt olduğunu gördüm. Kişilər də çılpaqdılar. Mişeldən burada nə etdiyini soruşanda "Film çəkilir, görmürsən?!" dedi. Otaqda kamera yox, operator yox, heç nə yox - bu qadın məni axmaq sayıb aldatmaq istəyir. Hirsləndim, onu öldürmək istədim. Səs-küyə qaynatam gəldi - sən demə, qonşu otaqda imiş. Onu da vurmaq istədim".