Aprelin 1-i Bakı-Quba yolunda intizamsız yük avtomobilləri sürücülərinin görüntüləri yayılıb.

Unikal.org
avtosfer.az-a istinadən xəbər verir ki, həmin yolun çəkiliş aparılan hissəsində minik avtomobilləri üçün 110 km/saat sürət, 3.5 tonda artıq olan yük avtomobilləri üçün isə 70 km/saat sürət təşkil olunub. Amma gördüyünüz kimi, minik avtomobili 120 km saat sürətlə yük avtomobilinə çata bilmir. Kameraya düşən yük avtomobillərinin əksəriyyəti eyni şirkətə məxsusdur. 10-ZH-821, 10-ZH-829, 10-ZH-828, 10-ZH-825, 99-ZA-287 və 99-ZA-250 qeydiyyat nişanlı yük avtomobilləri yolda yüksək sürətlə hərəkət edərək digər sürücülərə təhlükə yaradırlar. Onlar sanki yarışa çıxıbmışlar kimi, bir-birini ötərək təhlükəli hərəkətlər edirlər.

Həmin yük avtomobilləri hərəkət sürətini aşmaqdan əlavə həm də yolun sol zolağıyla hərəkət edirlər. Sağ zolağı bərbad vəziyyətə salan bu yük avtomobilləri indi sağ zolaqda hərəkət etməyi özlərinə sığışdırmırlar. Hədəfləri isə sol zolağı dağıtmaqdır. Yolun hər iki zolağının artıq bərbad hala düşməsi videoda tam aydın görünür. Odur ki, sürücülər bu yollardan istifadə edərkən son dərəcə diqqətli olmalıdır. Xüsusən, gecə vaxtı burada qəza təhlükəsi var.