Bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçiriləcək. 

Bu barədə Unikal.org-a "Azəravtoyol ASC-dən məlumat verilib. Məlumata görə, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.