Prezident İlham Əliyev sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında fərman verib.

Unikal.org-un məlumatına görə, fərmana əsasən, "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası təsdiq edilib.

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə aşağıdakı tərkibdə Texniki Şura yaradılıb:

Şuranın sədri

Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi

Şuranın üzvləri:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi;

"Azərişıq Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;

"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;

yerli icra hakimiyyəti orqanlarının nümayəndələri.

Müəyyən edilib ki, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər "ASAN Kommunal mərkəzləri ("ASAN Kommunal mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzlər yaradılanadək "ASAN Xidmət mərkəzləri) vasitəsilə həyata keçirilir;

Texniki Şuranın fəaliyyəti müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqi yolu ilə "ASAN Xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təşkil edilir;

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yalnız müvafiq inzibati ərazi vahidləri üzrə "ASAN Kommunal mərkəzlərində ("ASAN Kommunal mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzlər yaradılanadək "ASAN Xidmət mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil edilirlər.