Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin "Qafqaz Qartalı adlı hərbi təlimləri ilə bağlı qanun layihəsini təsdiqləyib. 

Unikal.org türkiyənin rəsmi qəzetinə istinadən xəbər verir ki, Prezident Ərdoğan Türkiyə Respublikası Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında icra ediləcək "Qafqaz Qartalı" hərbi təlimlərə ev sahibliyi etmək üçün razılaşma Bəyannaməsinə uyğun hazırlanan Qanunu rəsmən təsdiqləyib.