Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərovun 23 yaşlı qardaşı qızını qaçırması və onunla dini nikaha da daxil olması barədə xəbər vermişdik.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə məsələyə münasibət bildirib. O, Unikal.org-a deyib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir: "Sovet dövründə qorx hissi insanları bir az sıxırdı. Azadlıq illəri göstərdi ki, qorxu olmasa abır-həya, namus- qeyrət yaddan çıxır. Qanunda qadağa yoxdur, ona görə də bu istiqamətdə qanun sərtləşdirilməli, qohum arasında nikah qadağan edilməlidir. Buna son qoyulmalıdır. Axı, Azərbaycan xalqı o....aş xalq olmayıb.

Elvin Rüstəmov