Təhsil nazirinin keçmiş müavini, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın çoxlarına məlum olmayan bacarığı aşkarlanıb.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, İradə Hüseynova yaxşı mahnı oxumaq və rəqs etmək qabiliyyətinə malikdir

İradə Hüseynovanın incəsənət bacarığının əks olunduğu videonu təqdim edirik:

Xatırladaq ki, İradə Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-ci ildə "Əməkdar müəllim fəxri ada layiq görülüb.

Hazırda Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi kafedrasının müdiridir. O, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, həmçinin Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir. Ailəlidir, iki qizi, iki nəvəsi var.