ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.