Azərbaycan prezidenti İlham Əliyev"Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org-un  məlumatına görə, 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış "Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Sazişin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.