Bu gün Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

"Azəravtoyol" ASC-dən Unikal.org-a daxil olan məlumata görə, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
"Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq. "Azəravtoyol sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd olunub.