ABŞ dövlət katibi Con Kerri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla martın 30-da qapalı görüş keçirəcək.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ABŞ-da səfərdə olan Ərdoğan eyni zamanda vitse-prezident Co Baydenlə də görüşəcək. Onların martın 31-də görüşəcəyi bildirilir.
Qeyd edək ki, 31 mart-1 aprel tarixlərində ABŞ-da nüvə təhlükəsizliyi sammiti keçiriləcək.