Bu gün Bakıda XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF) sərgisi işə başlayıb.

Unikal.org  xəbər verir ki, prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər" sərgisini ziyarət edib.

Qeyd edək ki, ilk iki günü sərgi yalnız turizm peşəkarları, aprelin 8-dən isə geniş ictimaiyyət üçün açıq olacaq. Builki vork-şop isə aprelin 7-də təşkil olunacaq.