Azərbaycan vətəndaşları Hindistana səfər edərkən e-viza əldə edə biləcəklər.

Unikal.org xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirilyindən bildirilib.

Hindistan tərəfindən elan olunan yeni viza qaydalarına əsasən Azərbaycan vətəndaşları istirahət, gəzinti, dostlarına və ya qohumlarına baş çəkmək, qısamüddətli tibbi müalicə və qeyri-müntəzəm iş səfərləri məqsədilə elektron viza əldə edə biləcəklər. Elektron viza üçün online müraciət https://indianvisaonline.gov.in/evisa/Registration internet səhifəsindən həyata keçirilir. Azərbaycan vətəndaşları üçün elektron viza haqqına 50 ABŞ dolları və əlavə olaraq bank köçürülməsi xərcləri daxildir. Elektron vizanın etibarlılıq müddəti Hindistana gəliş günündən etibarən 60 gün təşkil edir. Elektron turist və elektron biznes vizalarına ikidəfəlik giriş icazəsi verilir. Elektron tibb vizasına üç dəfəlik giriş izni verilir. Elektron viza bir təqvim ilində iki dəfə mümkündür.

Müraciətçilərdən Hindistana gəliş tarixindən ən azı 4 gün əvvəl online müraciət etmələri tələb olunur. Elektron viza sadələşdirilməsi Hindistan səfirliyi tərəfindən daha uzun müddət və xüsusi məqsədlər üçün təmin olunan mövcud viza xidmətlərinə əlavə olaraq həyata keçirilir. 

Elektron viza sistemi ilə bağlı daha ətraflı məlumatı aşağıdakı internet səhifəsindən əldə etmək olar: 

https://indianvisaonline.gov.in/evisa/tvoa.html.