ABŞ-ın ötən gecə Suriya Hərbi Hava Qüvvələrinə məxsus Şayrat aviabazasını bombardman etməsi xəbəri yayılıb. Artıq Amerikanın Suriyada fəallaşması hiss olunur. ABŞ və Rusiya maraqlarının Suriyada toqquşması dünyanın iki superdövləti arasında müharibənin başlanğıcı ola bilərmi?

Image result for qabil hüseyinliPolitoloq Qabil Hüseyinli Unikal.org-a açıqlamasında bu mövzu ətrafında şərh edib. 

O, qeyd edib ki, Suriyada kimyəvi silahdan istifadədən sonra ABŞ-ın burada cəsarətlənməsi müşahidə olunur: "Amerika bir az da iradəli olsa, irimiqyaslı müharibəyə qədəm qoysa, Rusiyanı bütünlükdə oradan çıxara bilər. Dünən gecə ABŞ-ın Suriyanın Şayrat aviabazasını bombardman etməsindən sonra ruslar təcili Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Ancaq bunun bir təsiri olmayacaq. Rusiyanın bu vaxta qədər Suriyada meydan sulmasının səbəbi Amerikanın burada çox qorxaq və cəsarətsiz mövqe nümayiş etdirməsindən qaynaqlanır. Kimyəvi silahların tətbiqindən sonra ABŞ burada cəsarətləndi belə davam edəcəyini güman edirəm. Ancaq Rusiya ilə ABŞ arasında müharibənin Suriyadan başlanmasını real hesab etmirəm.

Sonuncu hadisədən sonra Türkiyənin ABŞ-ın mövqeyini müdafiə etməsi Türkiyə-Rusiya münasibətlərinə xələl gətirə bilərmi? sualına Q.Hüseyinli belə cavab verib:  "Hələki Türkiyə-Rusiya münasibətləri çox kövrəkdir. Bu iki dövlət arasında münasibətlərın normallaşma prosesi tam sürətlə getmir. Türkiyə Əsədin beynəlxalq hərbi tribunala verilməsinin vacibliyini vurğuaıb. Ancaq inanmıram ki, Suriyada hərbi aviabazanın vurulmasında Türkiyənin ABŞ-ın mövqeyini dəstəkləməsi Rusiya-Türkiyə münaisbətlərinə xələl gətirsin. Bunu Rusiya da istəməz.

Həsən Babayev