"Stokholmda baş vermiş hadisədə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi İsveçdəki səfirliyimiz tərəfindən bu ölkənin müvafiq orqanları vasitəsi ilə araşdırılır".
Unikal.org xəbər verir ki, bunu apa-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Qeyd edək ki, Stokholmda yük maşınını idarə edən sürücü avtomobili insanların üstünə sürüb. Hadisə nəticəsində hələlik 3 nəfərin öldüyü, çoxsaylı yaralının olduğu deyilir.
Hadisəni törədən şəxs saxlanılıb. İsveçin baş naziri Stefan Loven əlamətlərə görə hadisənin terror aktı olmasının ehtimal edildiyini bildirib.