Binəqədi rayonu İbrahimpaşa Dadaşovküçəsində aprılan təmir işləri ilə əlaqədar olaraq aprelin 8-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol ASC-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək. Küçənin digər hissələrində hərəkət açıq olacaq.
Sözügedən küçədə sıxlığın yaranmaması üçün sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.