Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Xatun Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə idman ustası Humay Qafarovaya yeni mənzil hədiyyə edib.

Unikal.org xəbər verir ki, V. Talıbov mənzilin açarının təqdimi zamanı deyib ki, muxtar respublikada qızların idmana cəlbinə xüsusi diqqət yetirilir. "Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılıb, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlayıb. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri var. 

Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə V. Talıbova minnətdarlıq edib. O, qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz verib. 

Sonra Ali Məclisin sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.