Bu gün Milli Şura keçmiş "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Unikal.org-un xəbərinə görə, mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri İlham Hüseyn, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmin Həsənli çıxış ediblər.

Sonda mitinqin qətnaməsi oxunub.

Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aksiya insidentsiz başa çatıb.

***15:56
Müxalifətin radikal qanadı olan Milli Şuranın saat 15:00-a təyin etdiyi mitinq yarım saat gec başlayıb. Buna səbəb Əli Kərimli və Cəmil Həsənlinin stadiona gec gəlməsidir. "Məhsul" stadionuna çox az sayda adam toplaşıb.

Əli Kərimlinin tərəfdarları təxribat məqsədi ilə mitinqə dini şüarlar yazılmış plakatlarla gəliblər.

Hazırda mitinq davam edir.

Qeyd edək ki, ölkənin digər müxalifət partiyaları Milli Şuranın mitinqindən imtina ediblər. Müsavat, KXCP, AMİP, ALP, ADP, Ümid və digər partiyalar mitinqə qatılmayacaqlarını öncədən bəyan ediblər.