Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.
Unikal.org azertac-a istinadən xəbər verir ki, bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Səsverməsi üçün Bakıdakı səfirlikdə 5, baş konsullularda bir olmaqla bütövlükdə 7 seçici qutusu yaradılıb.
Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Paytaxt Bakıda 5 min 832, Gəncədə 213, Naxçıvanda isə 234 olmaqla ümumilikdə 6 min 279 seçici qeydiyyatdan keçib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral referendumla bağlı səs verib.
Diplomat jurnalistlərə açıqlamasında bu referendumun türk xalqına uğur gətirəcəyini söyləyib.