Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin vaxtı açıqlanıb.
 
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirin aprelin 7-də Azərbaycana səfər edəcəyini bildirib. O, S. Lavrovun Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcəyini söyləyib.