Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparıldığı zamanlarda qazın verilməsi dayandırıla bilər.

Unikal.org xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında da qazın verilməsi dayandırıla bilər.

İndiyədək istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsi dayandırıla bilərdi.

Yeni dəyişikliklərdən sonra isə bu hal zamanı dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna hesab ediləcək. Yəni istehlakçının müvafiq yazılı müraciəti (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla, qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsi dayandırılacaq.