Bakıdakı idman zallarından birindən oğurluq edilib.
 
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da rayon ərazisində yerləşən idman zallarından birinin yardımçı otağından orada müəllim işləyən Bakı şəhər sakini Kamal Abbasovun 540 manatını oğurlamış həmyerlisi Emil Komandirov tutulub.
 
Araşdırma aparılır.