Dünyanın bir çox ölkəsində iqtisadi böhran yaşandığı halda Danimarka inkişaf etməyə davam edir. Ancaq demək olar ki hər kəsin iş sahibi olduğu bu ölkədə başqa problemlər ortaya çıxır.

Unikal.org bildirir ki, Danimarkada yüksək səviyyəli şirkətlərin üçdə birindən çoxu işçi tapmaqda problem yaşayırlar. İT mütəxəssisləri, kompyuter mühəndisləri, mühəndislər, elektrik mühəndisi kimi vakansiyalar əksər vaxtlarda cavabsız qalır. İşçi ehtiyacını qarşılaya bilməyən şirkətlər isə böyüməkdə çətinlik çəkirlər.

Danimarka iqtisadiyyatı ötən il 1.2 nisbətində artım göstərib və bunun təsiriylə bir çox sektorda işçi ehtiyacı xeyli dərəcədə artıb.