Bu gün "Azercell" mobil operatorunun şəbəkəsində problem yaranıb.

Unikal.org Milli.az-a istinadən xəbər verir ki, artıq iki saata yaxındır ki, "Azercell"in interneti, saytı və müştəri xidmətləri işləmir.

Məsələ ilə əlaqədar "Azercell Telecom"un İctimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, məsələ araşdırılacaq və bu barədə tezliklə məlumat veriləcək.