Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2017-ci il fevral ayının 13-də imzaladığı sərəncama əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Nəqliyyat Nazirliyi isə ləğv edilib.
Bəs, yeni yaradılan nazirliyin internet saytında nəqliyyat sözü və nəqlliyyat bölümü niyə yoxdur?

Bununla bağlı yeni qurum rəsmisi Tahir Məmmədov Unikal.org-a aıqlama verib.

O məsələyə aydınlıq gətirərək bu sözləri deyib: "Hazırda yeni yaradılan nazirliyin əsasnaməsinin təsdiq olunması prossesi başa çatmadığı üçün bu dəyişiklik informasiya portalında hələlik dayandırılıb. Sənəd rəsmi şəkildə təsdiq olan kimi saytda da lazım olan dəyişiklik aparılacaq. Rabitə və İyüksək Texnalogiyalarla yanaşı, nəqliyyat sahəsi ilə bağlı əlavə bölmələr yerləşdiriləcək.