Şimali Koreya hökuməti ABŞ və müttəfiqlərinin etirazlarına baxmayaraq növbəti dəfə nüvə sınağı həyata keçirəcək.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Reuters"ə Şimali Koreyanın BMT-nin İnsan Hüquqları üzrə səfiri So Se Pyonq bildirib.
Qeyd edək ki, Şimali Koreya cari ilin yanvarında 4 dəfə nüvə sınağı keçirib, fevralda uzun mənzilli raket buraxıb.