İrəvanda İnformasiyalı Vətəndaş Birliyi ictimai təşkilatının rəhbəri, ictimai-siyasi fəal Karen Vardanyan qətlə yetirilib.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, 1982-ci il doğumlu Vardanyan BƏƏ-yə bir həftəlik səfər adı ilə martın 17-də evdən çıxıb. Ancaq martın 30-da onun meyiti Sisakyan küçəsindəki qarajlardan birində tapılıb.
Faktla bağlı cinayət işi açılıb. Ötən gün isə 25 yaşlı Qevork Zoqrabyan və 43 yaşlı Artur Miqranyan şübhəli şəxs kimi saxlanılıb. ( Saxlanılanlar arasında adları açıqlanmayan 35 yaşlı A.Ç, 27 yaşlı A.B və 56 yaşlı A.D-nin də olduğu bildirilir).

Təşkilat üzvlərinin sözlərinə görə, qonşusu Qevork Zoqrabyan K.Vardanyanın evini aldatma yolu ilə öz adına keçirib. Belə ki, K.Vardanyanın borcu oldğu üçün hesablarına həbs qoyulub. Evinin də üzərinə həbs qoyulacağını düşündüyündən, o öz evini qonşusu Zoqrabyanın adına keçirib. 

Artur Miqranyanın isə Zoqrabyana taksi xidməti göstərdiyi bildirilib.

İstintaq qətli törədən A.Miqranyan və Zoqrabyanı artıq həbs edib.

Vətəndaş cəmiyyətinin üzvü olan Vardanyanın qətlində siyasi amillər də istisna edilmir. Çünki Vardanyanın hesablarına həbs qoyulması onun ictimai fəaliyyəti ilə əlaqələndirilir.