İsveçin Yerfella şəhərində yerləşən "İmam Əli məscidində yanğın olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Stokholm polisinin nümayəndəsinin dediyinə görə, yanğının məscidin çöl tərəfindən  tərəfindən törədildiyi ehtimal edilir. Yanğınla bağlı məlumat gecə saatlarında daxil olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

İlkin proqnozlara əsasən məscid binasının 30-50 faizi zərər görüb.

Qeyd edək ki, "İmam Əli ölkənin ən böyük şiə məscidi sayılır.