"Fransada prezident seçkilərinin qalibi "İrəli" hərəkatının lideri Emmanuel Makron olacaq".
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "OpinionWay" sorğu şirkətinin apardığı sorğunun nəticələrində göstərilir.
Qeyd olunur ki, prezidentliyə namizəd seçicilərin 61 faizinin dəstəyini qazanacaq. Milli Cəbhə Partiyasının lideri Marin Le Penin isə 39 faiz səs alacağı gözlənilir.