Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı mayın 10-11-də Ferbenksdə Arktik Şuranın toplantısı çərçivəsində görüşə dair razılıq əldə edilib, eləcə də ikitərəfli əlaqələrin bəzi məsələlərinə toxunulub.

"Danışıq zamanı həmçinin Rusiya-ABŞ təmaslarının təqvimi müzakirə edilib. Tərəflər arasında həmçinin mayın 3-4-də Astanada Suriya üzrə görüş barədə qısa fikir mübadiləsi aparılıb, məlumatda deyilir.