İranın cənubunda, Fars vilayətində turist avtobusu qəzaya uğrayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 2 almaniyalı turist həlak olub, 17 nəfər isə yaralanıb.
Təcili yardım tibb briqadasının rəhbəri Məhəmməd Reza Əlimaneş bildirib ki, qəzadan dərhal sonra hadisə yerinə təcili yardım helikopteri göndərilib və xəsarət alanlardan biri xəstəxanaya helikopter vasitəsi ilə çatdırılıb.
Yerli polisin məlumatına görə, qəza yüksək sürət və yolun sürüşgən olması sıbəbindən baş verib.