Türkiyənin Van vilayətində bir-birinin ardınca beş zəlzələ baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 20:09 və 21:47 arasında Van vilayətinin Gevaş rayonunda qeydə alınıb. Onlardan ən güclüsü 5,4 bal olub.

Dağıntı və zərərçəkən yoxdur.

Qeyd edək ki, ötən gün adıçəkilən ərazidə 4,5 bal gücündə zəlzələ olub.

***
Türkiyənin Van vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:30-da qeydə alınan yeraltı təkanların episentri Van vilayətinin Gevaş rayonunda, ocağı isə 13 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkən yoxdur.