"Türkiyəni güclü görən Avropa Şurası Parlament Assambleyası, əlbəttə ki, belə qərəzli qərar qəbul edəcək.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin deputatı Zeynəb Xanlarova bu gün keçirilən plenar iclasda AŞ PA-nın Türkiyənin monitorinq altına alınması barədə qərarına münasibət bildirərkən deyib.
Z.Xanlarova qeyd edib ki, AŞ PA-nın bu qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib:
"Təklif edirəm ki, bütün parlament adından etirazımızı bildirək. Çünki Türkiyəyə qarşı belə münasibət sabah bizə də qarşı olacaq. Belə bir məqamda biz Türkiyənin yanında olmalıyıq.