Biləsuvarda quldurluq hadisəsi baş verib.

Unikal.org bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır.