Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi başa çatıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında keçirilən vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri, mərhumun ailə üzvləri, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, nazirlər, millət vəkilləri, alimlər, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.