Dördüncü İslam Həmrəyliyi oyunları ilə əlaqədar ictimai nəqliyyat vasitələri gücləndirilmiş iş rejiminə keçiblər.
Unikal.org bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtobuslar bu rejimdə mayın 8-i, 12-i və 22-də işləyəcəklər.
İctimai nəqliyyatın gec saatlara qədər işləməsi paytaxt sakinlərinin də ürəyincədir.
Bakı metropolitenində isə qatarlar mayın 12-də və 22-də gecə saat 2-dək, oyunlar ərəfəsində isə gecə saat 1-dək işləyəcək. Metro və marşrut avtobuslarının gec saatlara qədər işləməsi paytaxta gələn turistlərin rahat hərəkət etməsi, oyunlarla bağlı müxtəlif arenalarda çalışan könüllülər, eləcə də digər vətəndaşların çətinlik çəkmədən evlərinə qayıtması üçün nəzərdə tutulub. (xezerxeber.az)