Qoç - kimin qərar qəbul etməsi ilə bağlı mübahisələrə qatılmayın. Ətrafınızdakı insanların sizində bağlı gözləntilərinin səviyyəsi qədərindən artıqdır. Sözləriniz və hərəkətlərinizə göstərilən reaksiyaları sezin. Neqativə meylli olmayın, impulsiv davranmayın.

Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik, sərtləşmə hiss ediləcək. Hadisələr aktivləşəcək, önəmli əlaqələrin indiyədək kölgədə qalan məqamları üzə çıxacaq.

Əkizlər - Neptun və Yupiterin münasibətləri heç nədən hay-küy yaranmasına səbəb olacaq. Qəzalı gündür, yolda və nəqliyyatda ehtiyatlı olun.

Xərçəng - boş küçədə dolaşmayın, macəra aramayın. İnternetdə informasiya axtarışı, dostlarla təmaslar maraqlı nəticələr verə bilər.

Şir - əhvalla planlarda yenilənmələr olacaq. Şəxsi maraqlar və istəkləri diqqətdə saxlayın. Səmimilik, etiraf, hisslərin izharı üçün əlverişli vaxtdır.

Qız - Haumea və Plutonun münasibətləri bu günü gərgin edəcək. Səhər saatlarından etibarən təmaslarda sərtlik, dözülməzlik, tələbkarlıq hiss olunacaq. Sizdən hər işi tez başa vurmağı istəyəcəklər.

Tərəzi - fəaliyyətinizdə müəyyən məqamın ciddi dəyişikliklərə ehtiyacı var. Maraqlarınızın təminatı üçün avadanlıq və material almaq olar. Hər şey o qədər də pis deyil. Xırda problemlərə görə pərişan olmayın.

Əqrəb - səhhətinizə ziyan verməyin. Diqqətli olun, ətrafınızdakı insanların dəstəyini alın. Nəticənin tezliklə əldə edilə biləcəyi işlər alınacaq. İnformasiya və məlumatlarla işə vaxt ayırın. Yeni xəbər axtarın, gələn məlumatları təhlil edin, son vaxtlar aldığınız təklifləri müzakirə edin.

Oxatan - Uran və Merkurinin münasibətləri sizi qarşınıza qoyduğunuz məqsədə yaxınlaşdıracaq. İdeyanızı mümkün qədər tez reallaşdırıb yeni planlara yer yaradın. Yanlışlıq, izafi səylər istisna deyil.

Oğlaq - perspektivlərlə bağlı danışıqlar aparmaq, iş və bacarıqlarınızı reklam etmək, imkanlarınızdan bəhs etmək üçün əlverişli vaxtdır. Başağrısı yaranarsa, dərmanlara tapınmayın. Diş ağrılarının müalicəsi və diş çəkilməsi üçün əlverişli gün deyil.

Dolça - gərəkli yerə əməl və məsləhətlə çatmağa çalışın. Həmfikirləriniz, ümumi və maraqlı işi görə biləcəyiniz adamlar varsa, yaxşıdır.

Balıqlar - Erida və Plutonun münasibətləri sizə bu gün ruh verəcək. Aktiv fəaliyyətə hazırsınız, lakin bir məsələdə tələsməyin, hadisələri zamanın hökmünə buraxın.

Milli.Az