Son günlərdə bəzi sexlərdə xeyli at əti aşkarlandı. Bu məsələ də at bazarına diqqəti artırdı. Araşdırmalar zamanı məlum olub ki, bu heyvanların satışında canlanma var. Qiyməti də xeyli artıb. Satıcılar isə bildirirlər ki, hətta bazarlardan kəsim üçün alınan atlar da var.

Unikal.org xəbər verir ki, kolbasa sexlərində tez-tez at ətlərinin aşkarlanması ilə yanaşı bu heyvanların satışında da canlanma müşahidə edilir...

Ağdaşda əvvəllər 100-400 manat arasında satılan atlar indi 400-1500 manata təklif edilir. Satıcılar deyilir ki, ucuz atları əsasən ətlik adı ilə alıb aparırlar.

Atların qiymətinin artmasını iri və xırdabuynuzlu heyvanların bahalaşması ilə də əlaqələndirirlər.

Qazaxda da atların qiymətində xeyli artım var. Burada da həm alıcılar, həm də satıcılar ətlik üçün at alındığını təsdiqləyirlər.

Bərdədəki at bazarında da canlanma var.Burda da qiymətlər 150-200 manatadək artıb. Bununla yanaşı kənd təsərrüfatında istifadə etmək üçün alınan atlarda var. Ən baha qiymətə satılanlar isə sürətli gedən atlardır.(xezerxeber)