Bakıda yolda tıxac yaranıb, köməyə isə yol polisi yox, kloun gəlib. Hadisə aprelin 30-da baş verib. 

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, restoranın qarşısında yolayrıcı var və hər gün burada pik saatlarda sıxlıq yaranır. Bu dəfə isə ərazidə yol polisi olmadığı üçün restoranda kloun xidməti göstərən şəxs yola çıxaraq hərəkəti tənzimləməyə başlayıb. 

Bu hadisə sürücülər üçün gözlənilməz olsa da, xoş qarşılanıb. Maraqlısı odur ki, kloun yolu bir neçə dəqiqəyə boşaldaraq hərəkəti qaydaya sala bilib.

Həmin fotoları təqdim edirik: