Hərbi jurnalist Üzeyir Cəfərov bir qrup hərbiçimizin düşmən kəşfiyyatı ilə iş birliyində olması ilə bağlı 4 qurumun yaydığı bəyanata sosial şəbəkə hesabında münasibət bildirib:

Unikal.org sözügedən "Facebook" statusunu təqdim edir:

"Əziz dostlar! Hörmətli həmkarlar!

Bilirəm ki, Baş Prokurorluğun Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə yaydığı məlumat çoxlarında dərin narahatçılıq və üzgünlük yaradıb. Mən də çox təəssüflənirəm ki, belə bir xoşagəlməz vəziyyət Silahlı Qüvvələrimizin şəxsi heyətinin ön xətdə olan hərbi qulluqçuları ilə baş verib və hesab edirəm ki, aşağıda yazdığım qeydlər də, dövlət qurumları tərəfindən ararşdırma zamanı nəzərə alınacaqdır. Onu da başa düşürəm ki, ola bilsin ki, müvafiq qurumlar və vəzifəli şəxslər aşağıdakı qeydlərimi heç də birmənalı qarşılamasınlar".



"Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan bəzi şəxslər ilə bağlı MƏNİM TƏRƏFİMDƏN Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatlar BİR NEÇƏ AY bundan əvvəl ÇATDIRILMIŞDI. Və düşünmək olardı ki, mənim tərəfimdən qaldırılan konkret fakt və epizodlar müvafiq qurumlar tərəfindən hərtərəfli və ətraflı araşdırılacaq.

Və məsələnin nə yerdə olması ilə bağlı mən bir neçə dəfə maraqlansam da, mənə bildirilmişdi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır və yəqin ki, tez bir zamanda lazım olan addımlar atılacaq. Görəndə ki, məsələ ilə bağlı nədənsə çox passiv və demək olar ki, gözəgörünməz qüvvələr aktiv mane olmaq yolunu tutublar, düşündüm ki, yəqin bəlkə mən nədəsə haqlı deyiləm. Qısa olaraq onu qeyd edim ki, MN-nin Bakı yaxınlığındakı hərbi hissələrindən birində xidmət edən konkret adı və soyadı bilinən şəxs cəbhə